Çərşənbə, 08 May

TƏCİLİ! Rusiyadan ŞOK XƏBƏRDARLIQ - III Dünya müharibəsi başlaya bilər

image

Ukraynada müharibənin tam sürətlə davam etdiyi bir vaxtda Rusiyadan diqqətçəkən açıqlama gəlib

Rusiyanın yüksək rütbəli rəsmisi Qərbə xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə səbəb ola bilər.

Xəbər verilir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini cümə axşamı "Tass"a açıqlamasında deyib:

“Kiyev çox yaxşı bilir ki, belə bir addım Üçüncü dünya müharibəsinə zəmanət verir”.

Bu bəyanat NATO-ya təhdid kimi şərh edilib.

Xatırladaq ki, Putin Rusiyada qismən səfərbərlik elan edərkən, “blef etmirəm” deməklə Ukrayna müharibəsində nüvə silahından istifadə edə biləcəyini təkrarlamış və nüvə təhlükəsini yenidən gündəmə gətirmişdi.

Putinin bu addımından sonra ABŞ-dan diqqətçəkən xəbərdarlıq gəlmişdi. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və istefada olan generalı David Petreus Rusiyanı faktiki olaraq qorxutmuşdu.

O, "ABC News"a deyib ki, Putin Ukraynada nüvə silahından istifadə edərsə, ABŞ və müttəfiqləri Rusiyanın Ukraynadakı qoşunlarını və texnikasını məhv edəcək, Qara dəniz donanmasını batıracaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32