Cümə axşamı, 09 May

Kirayə mənzillər niyə bahalaşır? - AÇIQLAMA

image

"Qismən səfərbərlik elan olunandan sonra ruslar ölkəsini tərk etməyə və qonşu dövlətlərə üz tutmağa başlayıblar. Hazırda rusiyalıların ən çox üz tutduğu ölkələrdən biri də Azərbaycandır". 

Bunu açıqlamasında Bakıda Daşınmaz Əmlakın alqı-satqısı, kirayəsi məsələləri ilə məşğul olan ekspert Məcid Məcidov deyib.

Onun sözlərinə  görə, Rusiyanı  tərk edənlər paytaxt Bakıda günlük kirayə evlər götürürlər. Lakin qiymətlərin süni artımı onlar üçün qənaətbəxş deyil. 

“Rusiya vətəndaşlarının ən çox getdiyi ölkələr siyahısında Gürcüstan, Qazaxıstan və  Azərbaycan ilk yerdədir. Onların ölkəmizə gəlişi kirayə bazarında qiymətlərin yenidən bahalaşmasına səbəb olub. Belə ki, günlük kirayə  götürənlər vəziyyətlə əlaqədər olaraq ya günün vaxtını uzadırdılar yaxud 1 aylıq  kirayə mənzil axtarırlar. Bu da Daşınmaz Əmlakda kirayə bazarında aylıq və  günlük mənzillərin qiymətlərində artım yaradır. Bahalaşma təkcə kirayə mənzillərdə deyil, həmçinin restoranlarda, gecə klublarında da müşahidə etmək olar. İşsiz qalan ruslar paytaxt Bakıdakı qiymətlərlə ayaqlaşmayaraq, ölkəni tərk etmək məcburiyyətində qalırlar. Onlar digər ölkələrə- İsrailə, ən çox da qardaş Türkiyəyə üz tuturlar”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32