Çərşənbə, 03 İyul

Ana və yeddi yaşlı qızını maşın vurub

image

Şəkidə ana və övladını avtomobil vurub.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib.

Rayon sakini Tural Məmmədov idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N.Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37