Çərşənbə, 03 İyul

Taksilərlə bağlı daha bir tələb qüvvəyə mindi

image

Bu gündən taksi minik avtomobillərinin “Avro-5” ekoloji standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib.

Xəbər verilir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55