Cümə axşamı, 09 May

Azərbaycanlı müğənniyə görə Rusiya şəhərində yollar bağlanacaq - FOTO

image

Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı, Jony ləqəbi ilə tanınan Cahid Hüseynlinin Nijni-Novqorod şəhərində konserti olacaq.

Bu barədə ifaçının sosial şəbəkə hesabında xəbər verilib.

Noyabrın 19-a təyin olunan tədbirə biletlərin qiyməti 2600-5000 rubl arasında dəyişir (təqribən 72-135 manat).

O da vurğulanıb ki, Nijni Novqorod şəhər administrasiyası həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Cahid Hüseynli Rusiyanın ən sevilən və şou tədbirlərinin ən tələb olunan sənətçilərindən biridir. Onun 2019-cu ildə buraxılan “Nebesnıye rozı” albomu “Apple Music” çartında birinci yeri tutub. “Kometa” treki isə Rusiyada 2020-ci ilin ən populyar treki olub.

Jony həmçinin “Novoye Radio Awards” və “Jara Music Awards” versiyalarına görə 2021-ci ildə “Ölkənin ən yaxşı artisti” və “İlin müğənnisi” seçilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32