Şənbə, 11 May

Bakıda 9 yeni metrostansiya tikiləcək

image

"Bakı Metropoliteni tərəfindən 9 yeni metro stansiyası tikiləcək. Bunlardan 3-ü “Dərnəgül” və “Koroğlu” stansiyası arasında inşa olunacaq".

Xəbər verilir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 2 stansiya Ziya Bünyadov prospektindən, 3-cü isə “Koroğlu” stansiyasından keçməklə ona yaxın tikiləcək:

“Xətai” stansiyasından sonra "Ağ şəhər" kimi böyük layihəmiz var. Eyni zamanda, "NZS" adlanan qəsəbəyə doğru - 8 noyabr prospektində 1 stansiyanın, “Nargilə kafesi” adlandırılan və köhnə Bakı Avtomobil Zavodu istiqamətində başqa bir stansiyanın və “Həzi Aslanov” stansiyasına keçid stansiyanın inşası nəzərdə tutulur".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44