Cümə, 10 May

Ərdoğan: “Ronaldunu bitirdilər” - FOTO/VİDEO

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun siyasi sanksiyalara məruz qaldığını bildirib.

Xəbər verilir ki, gənclərlə bir araya gələn Ərdoğan onların suallarını cavablandırıb.

"Ronaldu Fələstin məsələsinin qayğısına qalan biridir. Təəssüf ki, Ronalduya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldu ilə Messini müqayisə etmək bizə yaraşmaz, amma Ronaldunu bitirdilər. Ronaldu kimi futbolçunu ikinci hissədə oynatmaq heç düzgün deyil. Baş verənlər Ronaldunun psixologiyasını və bütün enerjisini əlindən aldı.

Ərdoğan Ronaldunun hansı kluba keçəcəyini də deyib: “Mənə verilən məlumata görə, Ronaldu Səudiyyə Ərəbistanına gedir”.

Ərdoğan Qətərdə keçirilən Dünya çempionatının finalından sonra Fransa prezidenti Makrona nə dediyinə də deyib.

“Mən Makrona dedim ki, üzülmə. Argentina çox yaxşı oynadı”.

Qeyd edək, DÇ-nin finalında Argentina – Fransa qarşılaşmışdı. Penaltilərdə Avropa təmsilçisi məğlub olmuşdu – 3:3 (4:3)

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25