Azərbaycanın sabiq naziri Şuşaya min ədəd kitab göndərəcək
Azərbaycanın sabiq naziri Şuşaya min ədəd kitab göndərəcək
Azərbaycanın sabiq Xarici İşlər naziri Vilayət Quliyev Şuşa Mərkəzi kitabxanasına külli midarda kitab hədiyyə etməyə hazırlaşır.
Xəbər verilir ki, bu barədə sabiq nazir özü məlumat verib.
"Şuşa Mərkəzi kitabxanasına (ümid edirəm ki, gündəlikdədir) Azərbaycan, türk, rus, ingilis dillərində 1000 ədəd kitab hədiyyə etmək istəyirəm. Gəlin, Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Qarabağın ən böyük və zəngin kitabxanasını quraq", - deyə Vilayət Quliyev qeyd edib.
Aftafa.tv