Çərşənbə, 08 May

Pilot Rəşad Atakişiyevə şəhid statusu verildi

image

2019-cu il iyulun 24-də təyyarə qəzası keçirərək həyatını itirən pilot Rəşad Atakişiyevə şəhid statusu verilib.

Xəbər verilir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Qeyd edilib ki, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.

Xatırladaq ki, Rəşad Atakişiyev 24.07.2019-cu il tarixdə MİQ-29 təyyarəsi ilə təlim-məşq uçuşları həyata keçirərkən təyyarənin qəflətən HHQ ilə rabitə əlaqəsi kəsilib. Uzun müddət axtarış əməliyyatı aparıldıqdan sonra avqustun 20-də pilotun nəşi dənizdə tapılıb.

Rəşad Atakişiyev avqustun 21-də II Fəxri xiyabanda dəfn edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32