Cümə axşamı, 09 May

PSJ-nin prezidentindən Türkiyəyə 50 milyonluq yardım

image

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunan “Çiyin-Çiyinə” kampaniyasına qoşulub.

Canlı yayımlanan proqrama telefon zəngi ilə qatılan qətərli milyarder kədərini ifadə edib və bütün səmimiyyəti ilə əlindən gələn yardımı əsirgəmədiyini söyləyib. O, ianə etdiyi məbləği açıqlamayıb.

Proqramın aparıcısı Acun İlıcalı isə PSJ rəhbərinin nə qədər yardım etdiyini açıqlayıb. Əl-Xelaifi ümumilikdə 50 milyon lirə (4,5 milyon manat - red.) ianə edib.

PSJ rəhbəri yardımı sahibi olduğu klub, “beIN Media Group” və Avropa Klublar Assosiasiyası adına etdiyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32