Şənbə, 11 May

Rusiya haqqında daha bir MƏLUMAT - Hansına inanaq?

image

Uzun müddətdir ki, Rusiyanın İrandan ballistik raketlər alacağı barədə fikirlər səslənir. Ancaq bu günə qədər belə bir hadisə baş verməyib. “Financial Times” yazır ki, Rusiyanın bu raketləri almaqda çəkinib. Əlavə olunub ki, idarə olunan raket və artilleriya mərmiləri ötən ilin sonundakı ehtiyatların təxminən yarısıdır.

Bəs görəsən, Rusiyanın həqiqətən də ballistik raketlərə ehtiyacı varmı?

Mövzu ilə bağlı danışan politoloq Turab Rzayev bildirib ki, burada qorxacaq tərəf Rusiya yox, İrandır:

“Bu tip xəbərlər biraz şübhəlidir. Çünki Rusiyanın SSRİ-dən qalan kifayət qədər ballistik raketləri var. Onlar köhnəlmiş və baxımsız ola bilər, ancaq Rusiyanın tamamilə raketlərə ehtiyac duyması mümkünsüzdür. Ümumiyyətlə, söhbət ballistik raketlərdən gedirsə, Ukraynaya qarşı döyüşdə onlardan istifadə olunmur. Daha çox yaxın məsafəli raketlərdən istifadə edilir. Eyni zamanda İranda Rusiya üçün fərq yaradacaq qədər yüksək inkişaf etmiş ballistik raketlərin olduğunu düşünmürəm. Bu raketlərin və dronların üstünlüyü sadəcə onların ucuz və kütləvi olmasıdır.

Ancaq Rusiyanın İrandan yeni raketlər almaq və istifadə etmək niyyətinin olması və buna görə qorxması inandırıcı deyil. Bu məsələdə qorxacaq tərəf Rusiya deyil. Çünki İran Ukraynaya göndərdiyi dron və raketlərə görə sanksiyalara məruz qaldı və ordusu terrorçu təşkilatlar sırasına salındı. Əksinə Rusiyanın bu raketləri alması İranı daha çıxılmaz vəziyyətə sala bilər”.

T.Rzayevin sözlərinə görə, bu məlumatlar daha çox propaqanda məqsədi daşıyır: “Dəfələrlə Qərb mediasında Rusiyanın raketlərinin bitməsi ilə bağlı açıqlamalar yayılıb. Hər dəfə Ukrayna yenidən raket atəşinə tutulub. Bu propaqanda xarakterli informasiyalar Rusiya və onun tərəfdarlarının əhval-ruhiyyəsini aşağı salmağa xidmət edir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44