Cümə axşamı, 09 May

Rusiyanın Ukraynada itkiləri artır

image

Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Martın 17-dən 21-dək yaralı rus hərbçilərinin əksəriyyəti ölüb: “Bu, qarşı tərəfin tibb xidmətinin zəif olduğunu göstərir. Görünür, tibb işçiləri kifayət qədər peşəkar deyillər”.

Rusiya komandanlığı Luqansk vilayətinin müvəqqəti ələ keçirdiyi ərazidə fəaliyyət göstərən mövcud xəstəxanalarda çarpayıların sayını artırmaq qərarına gəlib: “Troitsk qəsəbəsindəki hərbi hospitalda çarpayıların sayı 2 dəfə artırılaraq 200-dən 400-ə çatdırılıb. Ərazidəki yaralı zabitlər Rusiyaya təxliyə edilib”.

Son 24 saat ərzində Ukrayna aviasiyası qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib: “Rusiya Silahlı Qüvvələrinin 2 “Kh-59” hava raketi və 4 müxtəlif tipli PUA-sı məhv edilib. Raket qoşunlarının bölmələri və artilleriya bölmələri düşmənin canlı qüvvəsi, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə və 2 yanacaq-sürtkü materialı anbarına zərbələr endirib”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32