Cümə, 10 May

“Yeni metrodan çıxıb evə getmək çox çətindir”

image

Məlum olduğu kimi, ötən ilin dekabrında Bakı Metropoliteninin sonuncu inşa olunan “Xocəsən” stansiyasının açılışı olub. Yeni stansiyanın istifadəyə verilməsi ilə paytaxtdan ətraf ərazilərə nəqliyyat sıxlığının yüngülləşəcəyi gözlənilsə də, hazırda bu stansiyadan az sayda sərnişin istifadə edir.

Bunun da əsas səbəbi metronun yeni stansiyası ilə bu istiqamətdəki qəsəbələrə fəaliyyət göstərən marşrut xətlərinin kifayət qədər əlaqələndirilməməsidir. Xırdalan, Qobu, Hökməli, Sulutəpə, Lökbatan və digər ətraf ərazilərə gedən sərnişinlərin bəziləri yeni açılmış stansiyadan faydalana bilmədiklərindən şikayətçidirlər. 

Xırdalan sakini Rahim Nəcəfovun “Qafqazinfo”ya bildirdiyinə görə, həmin istiqamətdə cəmi 1 marşrut xətti işləyir ki, onun da günün pik saatlarında iş saatı bitir: ““Xocəsən” stansiyası açılıb, bu, çox yaxşıdır, həmin ərazidə yaşayan insanlar rahat evlərinə gedə bilirlər. Amma “Xocəsən”dən birbaşa Xırdalana getmək çox çətindir. Bu istiqamətdə cəmi bir - Xırdalandan “Sədərək” bazarı istiqamətində işləyən 596 saylı marşrut var. Üstəlik də, köhnə, balaca avtobuslardır və saat 17:00-a qədər işləyir. Axşam işdən çıxandan sonra həmin istiqamətdə getmək mümkün olmur. Oradan ətraf ərazilərdə yaşayan sərnişinlərin rahatlığı düşünülməyib. Təzə bir marşrut xətti açılsa və ya digər marşrutların hərəkət sxemini dəyişməklə həmin istiqamətə yönləndirilsə, yaxşı olar”.

Şikayətçi bildirir ki, Xırdalana gedən sərnişinlər məcbur olub “1 manatlıq” taksilərə minərək ekologiya postunun yaxınlığına, oradan isə digər bir marşrutla Xırdalana gedirlər. 

Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Xırdalan–Karvansaray ticarət mərkəzi reysi ilə hərəkət edən 596 nömrəli marşrut xətti üzrə 18 ədəd orta tutumlu avtobuslarla əhaliyə nəqliyyat xidməti göstərilir. Hazırda avtobuslararası interval 8 dəqiqə olmaqla iş qrafiki saat 6:00-dan 19:00-dək təşkil edir. "Xocəsən" metro stansiyasının istifadəyə verilməsi və yaz-yay mövsümü ilə əlaqədar avtobusların iş grafiki bu gündən (31 mart 2023-cü il tarixindən) saat 21:00-dək artırılıb”.
Agentlikdən həmçinin bildirilib ki, AYNA şəhərlərarası sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması məqsədilə Ceyranbatan-“Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-“Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

“Son dayanacaq yeri “Xocəsən” metrostansiyası olan, Xırdalan şəhərindən keçərək Abşeron rayonunun Masazır və Ceyranbatan qəsəbələrindən yeni marşrut xətlərinin açılması Nazirlər Kabinetinin 52 nömrəli qərarı ilə təsdiq edilən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na əsasən həyata keçirilir”, - qurumdan bildirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32