Afaq Gəncəli efirə nə vaxt qayıdır? - Özü açıqladı
Afaq Gəncəli efirə nə vaxt qayıdır? - Özü açıqladı
Bir ay əvvəl əməliyyat edilən aparıcı Afaq Gəncəli səhhətindən danışıb.
Aparıcı açıqlamasında vəziyyətinin normallaşdığını deyib.
"Sağalıram və şükür səhhətim yaxşılığa doğru gedir. Hələ fəaliyyətimə nə zaman başlayacağımı bilmirəm. Çünki səsimdə də problem var. İnşallah sağaldıqdan sonra efirə qayıdacam. Televiziyaya qayıtmamaq qeyri-mümkündür. Tam bərpa olunandan sonra televiziyaya dönəcəm".
Qeyd edək ki, aparıcı zob (qalxanabənzər vəzinin həcminin böyüməsi) xəstəliyindən əziyyət çəkib. O, "Səhər mərkəzi" verilişinin aparıcısıdır.
Aftafa.tv