Bazar ertəsi, 06 May

Salyandakı dəhşətli qəzada ölənlər musiqiçinin ailə üzvləridir - FOTO

image

Dünən saat 15:45-də Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində baş vermiş dəhşətli qəzada dünyasını dəyişənlər tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləri olublar.

Xəbər verilir ki, qəzada ölən şəxslərdən Dilarə Bağırova Bayram Bağırsoyun anası, 3 yaşlı Bayxan isə oğludur

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlunun idarə etdiyi “KamAZ” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolun kənarında dayanmış “Hyundai Accent”i vurması nəticəsində ağır yaralanan 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu da aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər - Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu isə xəsarət alıblar.

Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58