Cümə axşamı, 09 May

Bu qidalar vaxtından tez qocalmağın qarşısını alır

image

Orqanizmdə B vitamininin çatışmaması dəri və əzələlərin vəziyyətinin pisləşməsinə, idrakın zəifləməsinə səbəb olur. 

Xəbər verilir ki, B vitamini insan orqanizmi üçün həyati əhəmiyyətli elementdir. Orqanizmdə B vitamininin çatışmaması müəyyən mənfi fəsadlara səbəb olur. Bu fəsadlardan biri də orqanizmin vaxtından əvvəl qocalmasıdır.

Həkim-terapevt Viktoriya Aqalsovanın sözlərinə görə, bu əlamətlər “B” vitamininin çatışmamasından xəbər verir:

• dərinin qocalması,

• piqmentasiya;

• əzələ zəifliyi;

• nevroloji pozğunluqlar;

• aritmiya;

• tənəffüs problemləri,

• nəfəs darlığı;

•koqnitiv funksiyaların pisləşməsi;

•iştahsızlıq və çəki itkisi;

•yuxu pozğunluqları;

•saç tökülməsi;

•xoşagəlməz bədən qoxusu;

•yorğunluq;

•psixoz.

B vitamini çatışmazlığını müəyyən qidalar, məsələn, maya, çörək məhsulları, kəpəkli un (B1), göyərti, meyvə, yumurta (B3), ət, balıq, qoz-fındıq, paxlalı bitkilər (B5), böyrək, qaraciyər, dənli bitkilər (B9) və balıq (B12) yeməklə aradan qaldırmaq olar. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32