Çərşənbə axşamı, 07 May

Vaşinqton ”topu” Moskvaya ötürdü: 95 faiz razılıq... - Qarabağla bağlı şok gəlişmə

image

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, 4 günlük Vaşinqton görüşlərinin nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir sıra məsələlərdə razılıq əldə edildiyi bildirilir. Amma yenə də razılaşdırılmamış məsələlər qalıb. Ümumilikdə bu görüşlərin nəticəsini sülh prosesinə təsir haqqında nə demək olar?

- Burada məsələlər yalnız bir səbəbdən həll olunmur. Çünki böyük dövlətlər Ermənistanın beynəlxalq hüquqla uzlaşmayan mövqedə qalması üçün ona lazım olan siyasi, diplomatik, maddi dəstək verir. Ona görə də, Ermənistan bu kimi məsələlərdə dirəniş göstərir. Bu baxımdan burada məsələlərin tam həll edilməməsi yalnız və yalnız böyük dövlətlərin iradəsindən asılıdır. Ermənistanın özünün bu proseslərdə sona kimi müqavimət göstərmək resursları yoxdur. O, Azərbaycanla tək, üzbəüz qalacaqsa daha yumşaq qərar verə bilər və güzəştlərə razı olar. Bununla da məsələ bitər. Amma nə Rusiya, nə də ABŞ istəmir ki, məsələ bitsin. Təbii ki, 4 günlük Vaşinqton danışıqlarında bəzi razılaşmalar olub. Lakin bu yüz faizlik nəticə deyil. Adətən hər hansı bir siyasi sənəd o zaman qəbul edilir ki, burada yüz faizlik razılaşma əldə olunsun. 95 faizi razılıq olsa, 5 faiz ortada fərqli fikirlər qalsa, bu belə sazişin əldə edilməsini şübhə altına alır.

- Sizcə, yarımçıq qalmış məsələlərin davamı necə müzakirə edilə bilər?

- Vaşinqton görüşləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə edilməyibsə, burada prosesin digər tərəfə yəni, Moskvaya ötürülməsi baş verib. Bu o deməkdir top növbəti dəfə Moskvaya ötürülüb.

- Moskvada yekun sülh qərarı verilə bilərmi?

- Bunu söyləmək çətindir. Çünki Rusiya ümumiyyətlə istəmir ki, proses həll olunsun. Onun niyyəti prosesi olduğu kimi saxlamaqdır. Bunun formatını, çəkişini dəyişmək niyyətləri var. Amma yekunda prosesi olduğu kimi saxlamaq niyyəti açıqdır. Rusiya burada özünün həlledici oyunçu rolunu sona kimi saxlamaq məqsədi güdür.

- Bəs bu vəziyyətdən necə çıxmaq olar?

- Azərbaycan və Ermənistan öz aralarında nəhayət razılığa gəlməliduir. Bununla da böyük tərəfdaşlarla sağollaşmaq olar. Buna da Ermənistan getmir.

- Erməni tərəfinin inadkarlığı nə ilə bağlıdır?

- Bu inadkarlığın maddi, siyasi, mənəvi əsası var. Ermənistan durduğu yerdə inadkarlıq etmir. Bu inadkar uşaq davranışı ilə müqayisə oluna bilər. Ona görə də, bu ölkəyə havadarlıq edənlər bununla bağlı qərar verməlidir. Ermənistanın isə burada heç bir təsir və müqavimət imkanları yoxdur. Onun inadkarlığı Ermənistana analıq, dayəlik, sahiblik edənlərin iradəsindən asılıdır.

- Qarabağ ermənilərinin “statusu” ilə bağlı beynəlxalq müşahidəçilərin iştirakı ilə danışıqların aparılması təklifi nə dərəcədə məntiqlidir?

- Azərbaycanın sözsüz buna yanaşması fərqlidir. Biz tərəfdən təklif odur ki, 1988-i ildə Ermənistandan qovulan 200 min azərbaycanlının geri qayıtması üçün də beynəlxalq missiya formalaşsın. Məhz azərbaycanlıların da Ermənistanda hüquqları ilə bağlı beynəlxalq müşahidəçilərin iştirakı ilə danışıqlara başlanılsın. Azərbaycanda artıq Qərbi Azərbaycan İcması formalaşıb. Onlar da tarixən yaşadıqları əraziyə qayıtmalıdır. Amma Ermənistan buna da razı olmur ki, o məsələ bitib. Amma onun qarşısına beynəlxalq sənədləri qoyduqda isə çıxılmaz duruma düşür. Çünki həmin sənədlərdə deyilir ki, yaşadıqları ərazilərdən sovulmuş insanlar və onların nəsli geri qayıtmaq hüququna malikdir. Bunu beynəlxalq hüquq deyir. Amma Ermənistan qəbul etmir.

- Qərbin bu yanaşmalara görə Ermənistana təsiri necə ola bilər?

- Qərb dairləri Ermənistana deyə bilər ki, əgər o Qarabağdakı ermənilərin hüquqlarından danışırsa zəhmət çəkib Ermənistana qayıdacaq Qərbi azərbaycanlıların hüquqlarına da hörmət etsin və onların geri qayıtmasına imkan yaratsın. Əgər Ermənistan Qarabağ ermənilərinin hüquqlarını tələb edirsə, Ermənistanda yaşamış azərbaycanlıların da hüquqları tanınmalıdır. Bu sadə bir tənlikdir. Bunu da yenə də Ermənistan qəbul etmir. Beynəlxalq birlik isə kəskin şəkildə Ermənistan demir ki, sülh sazişini Qarabağ ermənilərinin hüquqları ilə şərtləndirirsənsə Azərbaycan da Qərbi Azərbaycanlıların Ermənistan ərazisində olan hüquqlarını tanımağı tələb edir. Çünki diplomatiyada hər şey qarşılıqlı olur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58