Cümə axşamı, 25 Aprel

Messi Türkiyəyə gedir

image

Türkiyə və Argentina millilərinin zəlzələdən zərərçəkənlər üçün xeyriyyə kampaniyası çərçivəsində Qaziantep şəhərində yoldaşlıq oyunu keçirməsi gündəmə gəlib. 

Xəbər verilir ki, ilk danışıqlar müsbət nəticə verib və Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin müsabiqəyə icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.

Türkiyə Böyük Millət Məclisinin Latın Amerikası və Karib hövzəsi Parlamentinin Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Şahin, "Zəlzələ qurbanlarının əziyyətini yüngülləşdirmək üçün keçirilməsi planlaşdırılan Türkiyə-Argentina matçı həm də Argentina ilə Türkiyə arasındakı münasibətlərə və xalqların yaxınlaşması prosesinə çox mühüm töhfə verəcək", - deyə açıqlamasında bildirib.

Şahin Türkiyə və Argentina milli komandalarının tarixdə daha əvvəl heç bir matç keçirmədiyini də qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33