Cümə, 10 May

Amerika erməniləri: “100 milyon dollar istədik, cəmi 5 milyon verdilər”

image

Dövlət Departamenti adından türk xanımın verdiyi cavab erməniləri ikiqat məyus edib

Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğul olan Amerika Erməniləri Milli Komitəsinin yaydığı son bəyanatda diqqətçəkən məqamlar var. Komitə bildirir ki, ABŞ Senatının və Nümayəndələr Palatasının yüz nəfərdən çox üzvünün imzaladığı məktuba (fevralın 19-da göndərilib) ABŞ Dövlət Departamentindən mayın altısında cavab gəlib. Özü də cavabı verən də bir türk xanımdır. Naz Duraqoğlunun imzaladığı məktub erməniləri son dərəcə məyus edib.

Qeyd edək ki, Naz Duraqoğlu Co Bayden administrasiyasının yüksək vəzifə verdiyi 3 türk (Didem Nişancı ve Özge Güzelsu) xanımdan biridir. O, Hillari Klintona yaxınlığı ilə diqqət çəkib.

Düşünün ki, Amerikanın Demokratlar və Respublikaçılardan ibarət yüz nəfərdən çox siyasətçisi Amerika Erməniləri Milli Komitəsinin sifarişi ilə bir araya gəlib. Onlar ermənilərin Co Bayden administrasiyasına ünvanlanan tələblərini ən yüksək tribunadan səsləndiriblər. Bəs erməni lobbisi nə istəyirdi? Çox şey. Ancaq bu istəyə ABŞ Dövlət Departamenti biganə münasibət bildirib. Hər halda Amerika Erməniləri Milli Komitəsinin yaydığı bəyanatda belə deyilir.

Xatırladaq ki, aprelin 24-də ABŞ prezidenti ilk dəfə qondarma erməni genosidini rəsmən tanıyan bəyanatla çıxış edib. Ancaq ermənilər bununla kifayətlənmək fikrində deyildilər. Onlar ABŞ-dan, daha doğrusu yeni prezidentdən çox şey gözləyirdilər. Ermənilər üçün prioritet olan məsələlər bəllidir. Onlar həmin məsələlərlə bağlı Co Baydendən müsbət cavab gözləyirdilər. Ancaq xəyal qırıqlığına tuş gəldilər. Bəs ermənilər üçün prioritet nəsələlər nədir? Amerika Erməniləri Milli Komitəsi həmin prioritetləri belə sıralayır:

1) Azərbaycanda əsir saxlanılan 200 nəfərdən çox erməni hərbçinin (əslində terrorçu) geri verilməsi.

2) Azərbaycan və Türkiyə işğalçı elan olunsun. Müharibədə 5 min nəfər öldürülüb, 100 min nəfərdən çox erməni Artsaxdan Ermənistana qaçıb.

3) Ermənistana və Artsaxa təcili şəkildə 100 milyon dollarlıq yardım gərəkir. Cəmi 5 milyon dollar vermisiz.

4) 907-ci düzəliş yenidən qüvvəyə minsin. (Qeyd edək ki, 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir)

5) Türkiyənin istehsal etdiyi Byrakdar dronlarında ABŞ istehsalı olan müəyyən detallar var. Həmin hissələrin Türkiyəyə verilməsinin qarşısı alınsın. Kloster və ağ fosfordan müharibə zamanı Azərbaycanın istifadə etməsi pislənsin.

6) Türkiyənin dəstəyi ilə Azərbaycana gətirilən terrorçuların Ermənistana və Artsaxa qarşı vuruşması pislənsin.

Ancaq Dövlət Departamentindən gələn məktubda ermənilərin bu istəklərinə heç bir önəm verilməyib. Ona görə də Amerika Erməniləri Milli Komitəsi Dövlət Departamentini və birbaşa Co Bayden administrasiyasını biganəlikdə suçlayır. Özü də Amerika Erməniləri Milli Komitəsinin sıraladığı bu prioritetlər dönə-dönə təkrarlanır.

Mən ermənilərə məxsus media orqanlarını izləməyə çalışıram. Hər yerdə yuxarıda sıralanan bəndlər ermənilərin əsas tələbləri kimi qırmızı xətlə keçir. Hələ orası da var ki, ermənilər bu tələbləri təkcə ABŞ qarşısında qaldırmırlar. Onlar Rusiyadan da, Fransadan da eyni şeyi istəyirlər. İstəyirlər ki, Rusiya ermənilərin əvəzinə Türkiyə və Azərbaycanla vuruşsun. Hər iki ölkənin ərazisini boşaldıb ermənilərə təhvil versin. ABŞ və Fransa isə yaranacaq Böyük Ermənistana əvəzsiz maliyyə yardımı ayırsın. Təəssüf ki, ermənilər hələ də xəyallarla yaşayırlar. Heç cür başa düşmək istəmirlər ki, Amerika bir ovuc erməniyə görə Türkiyə və Azərbaycanla düşmən olmaq fikrində deyil.

P.S. Diqqət etdinizmi? Israilin Azərbaycana hərbi dəstəyi heç də Türkiyənin yardımından az olmayıb. Ancaq Amerika Erməniləri Milli Komitəsi İsrailin adını çəkmir. Niyə? Çünki ABŞ-da İsrailin adının mənfiyə hallandığı müraciəti kimsə ciddiyə almaz.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32