Şənbə, 11 May

“Əl-Qüds”ü “Qüds” gücləri azad edəcəklər” - İran parlamenti söz verib

image

İran məclisi (parlament) mayın 11-də qəbul etdiyi bəyanatda İsrailin fələstinlilərə qarşı Şərqi Yerusəlimdə və Qəzza sektorunda yaxın günlərdə törətdiyi «cinayətləri» qınayıb.

Bu zaman İslam Respublikasının qanunverici orqanı vəd edib ki, «müqəddəs Əl-Qüds» (Yerusəlimin ərəbcə adı) İsrail işğalından «Qüds» xüsusi təyinatlı qüvvələri (İslam İnqilabı Keşikçiləri Korpusuna daxildir) tərəfindən azad ediləcək. Xəbəri «Fars» agentliyi yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) birbaşa İİR ali rəhbəri və dini lideri ayətulla Seyid Əli Xameneiyə tabedir. «Qüds» qüvvələrinin komandanı 2020-ci il yavarın 3-nə qədər əfsanəvi İran generalı Qasım Süleymani olub. O, ABŞ hərbi-hava qüvvələrinə məxsus pilotsuz uçaq tərəfindən endirilən zərbə nəticəsində Bağdad beynəlxalq aeroportunda öldürülüb. Yayılan xəbərlərə görə, «Qüds» son illər bir neçə ərəb ölkəsində, əsasən Suriyada əməliyyatlar həyata keçirir.

«Müqavimət - İsrailin cinayətkar rejiminə qarşı durmağın yeganə üsuludur və müqavimət qrupları fələstinlilərin işini maksimal hazırlıq və güclə o vaxta qədər müdafiə edəcək ki, İordan çayından Aralıq dənizinə qədər tarixi Fələstin tamamilə azad ediləcək» - bəyanatda deyilir.

Ardınca göstərilir ki, «Qüds» qüvvələrinin başçılıq etdiyi müqavimət hərəkatı və müqavimət əzabkeşləri ruhun köməyilə, “xüsusilə böyük döyüşçü Qasım Süleymaninin ruhunun köməyi ilə” Fələstin torpaqlarını “mənfur rejimin” caynağından xila s edəcək.

«Əl-Qüds «Qüds» dəstələri tərəfindən azad ediləcək» - sənəddə qeyd olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25