Bazar ertəsi, 06 May

Skuterlərlə bağlı yenilik – Sürət həddi aşağı salındı

image

Bakı Bulvarı ərazisində skuterlərin hərəkəti ilə bağlı yeni konsepsiya müəyyən olunub.

Xəbər verilir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi müraciət yayıb.

Müraciətdə qeyd olunub ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulmuşdur. Məhdudiyyət tətbiq olunduğu gündən skuter istifadəçilərinin yenidən Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə baxılması ilə bağlı İdarəyə çoxsaylı müraciətləri daxil olmuşdur. Hər iki tərəfin asudə vaxtını Bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədi ilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.

Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.

Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etməsi, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək.

Dənizkənarı Bulvar İdarəsi bundan sonra da vətəndaşların Milli Park ərazisində rahat, təhlükəsiz istirahət etməsi üçün səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri yerinə yetirəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58