Cümə, 10 May

ABŞ və Britaniya aviaşirkətləri İsrailə uçuşları dayandırıb

image

ABŞ-ın və Britaniyanın hava yolu şirkətləri İsrailə uçuşları dayandırıb.

Verilən xəbərə görə, ABŞ-ın"American Airlines", "United Airlines", "Delta Air Lines" və Britaniyanın "British Airways" şirkətləri Təl-Əvivə bütün uçuşları ləğv edib.

"Həmkarlarımızın və müştərilərimizin təhlükəsizliyi hər zaman bizim üçün əsas prioritetdir. Biz vəziyyəti yaxından izləyirik", - deyə "British Airways"in yaydığı açıqlamada bildirilib.

Britaniyanın "easyJet" hava yolu şirkəti isə bildirib ki, hələlik onlar Təl-Əvivə uçuşları dayandırmır.

"Əlbəttə ki, biz vəziyyəti izləməyə davam edəcəyik", - deyə şirkətin sözçüsü bildirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş vermiş toqquşmalarda indiyədək ümumilikdə 89 nəfər həlak olub, yüzlərlə yaralı var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32