Bazar ertəsi, 06 May

Lənkəranda traktor avtomobillə toqquşub, 3 nəfər...

image

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor Astara rayonunun Şümrüd kənd sakini, 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu​ Məmmədovun​ idarə etdiyi ​“Mitsubishi” pikap markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən traktor aşıb. Traktorun sürücüsü, eləcə də pikapda olan sərnişinlər,​ Astara rayonunun Pəlikeş ​kənd sakinləri, sürücünün qardaşı​ 1986-​cı il təvəllüdlü Mövlud​ Şadoğlan oğlu Məmmədov və həmkəndlisi 1978-​ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov​ müxtəlif dərəcəli ​bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58