Çərşənbə axşamı, 07 May

Priqojinlə bağlı ŞOK DETALLAR üzə çıxdı - Putindən sonra O danışdı

image

“Vaqner” ÖHŞ dövlətlə bağlanmış müqavilələrə əsasən, büdcədən 858 milyard rubldan çox (təqribən 9 milyard 600 milyon ABŞ dolları) vəsait əldə edib.

Xəbər verilir ki, bunu “Rossiya-1” kanalında, “Vesti nedeli” adlı proqramın efirində teleaparıcı Dmitri Kiselyov açıqlayıb.

Bundan başqa, Yevgeni Priqojinin “Konkord” holdinqi dövlətdən 845 milyard rubl (9 milyard 512 milyon ABŞ dolları) alıb.

“Bu o demək deyil ki, onlar çox qazanıblar, amma bütün bunlar biznesin və ambisiyaların miqyasından xəbər verir”, - deyə aparıcı bildirib.

Kiselyov Priqojinin strukturlarının bu vəsaiti hansı dövrdə aldığını dəqiqləşdirməyib.

Xatırladaq ki, iyunun 27-də Vladimir Putin Vaqner ÖHŞ-nin saxlanmasının dövlət tərəfindən tam surətdə təmin edildiyini bildirmişdi. Onun sözlərinə görə, 2022-ci ilin may ayından etibarən bir il ərzində döyüşçülərin saxlanması, habelə həvəsləndirici və sığorta ödənişləri üçün büdcədən 86,3 milyard rubl (təxminən 977 milyon ABŞ dolları) ödənilib. Bundan əlavə, Yevgeni Priqojinə məxsus “Konkord” şirkəti il ərzində ərzaq ticarətindən 80 milyard rubl qazanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58