Cümə axşamı, 09 May

Ukrayna ordusu Luqanska kasetli bombalarla zərbə endirib –Separatçılardan iddia

image

Ukrayna Silahlı Qüvvələri Luqansk şəhərinin cənub-qərb hissəsinə uzun mənzilli kasetli bombalardan istifadə edərək hücum edib.

Bu barədə TASS-a “Luqansk Xalq Respublikası” separatçı rejiminin xalq milisinin istefada olan zabiti, polkovnik-leytenant Andrey Maroçko bildirib.

“Təxminən Moskva vaxtı ilə saat 10:00-da Luqansk şəhərinin cənub-qərbində sakinlər hava hücumundan müdafiə sistemləri işə düşüblər, sonra kasetli bomba partlayışlarına çox oxşar partlayışlar olub. Mən güman edə bilərəm ki, bu, uzaqmənzilli raket idi, lakin kaset hissələri var idi." - deyə, Maroçko qeyd edib.

Maroçko hesab edir ki, Ukrayna əsgərləri Luqanska bu hücum üçün yeni növ sursatdan istifadə ediblər. 

“Biz rəsmi məlumatları gözləyirik", - deyə mənbə əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32