Cümə, 10 May

Türkiyə təyyarəsində intihar hadisəsi: Əlcəzairdə məcburi eniş edildi

image

"Türk Hava Yolları"na məxsus İstanbul-Mərakeş reysini həyata keçirən təyyarədə sərnişin intihar edib.

Xəbər verilir ki, hadisədən sonra təyyarə Əlcəzairdə məcburi eniş edib.

Məlumata görə, sərnişinlərdən biri təyyarənin ayaqyolusuna daxil olub və onun orada uzun müddət ərzində qalması kabin heyətini şübhələndirib. 

Ayaqyolundan huşsuz vəziyyətdə çıxarılan sərnişinə ilkin tibbi yardımı təyyarədə gedən kabin heyəti və təyyarə ilə səyahət edən həkim göstərib.

Təyyarənin pilotu Əlcəzairdə məcburi eniş edib.

Enişdən sonra təyyarəyə gələn sağlamlıq qrupları sərnişinin öldüyünü bildirib.

Xarici vətəndaşın intihar etdiyi qeyd olunur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25