Cümə, 10 May

İran Rusiyaya PUA zavodunun tikintisinə KÖMƏK EDİR

image

İran Rusiyaya PUA istehsalı zavodunun tikintisinə kömək edir.

Xəbər verilir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin analitikləri brifinqdə bildiriblər.

Onların sözlərinə görə, zavod Rusiyanı indiyədək İrandan əldə edə bildiyi PUA-ların sayından qat-qat artıq dron ehtiyatı ilə təmin edəcək.

Analitiklərin fikrincə, zavodun tikintisi çox güman ki, 2024-cü ilin əvvəlində başa çatacaq.

Bildirilib ki, zavod Ukraynadakı müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Pentaqonun Kəşfiyyat İdarəsi iddia edir ki, İran zavodun tikintisinə kömək etmək üçün mütəmadi olaraq Rusiyaya avadanlıq göndərir.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton artıq İran və Rusiyanı dron istehsalı zavodu tikmək planlarında ittiham edib. Xüsusilə, ABŞ Tatarıstanın “Alabuqa” xüsusi iqtisadi zonasının ərazisində tikilməkdə olan zavodun şəkillərini dərc edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32