Cümə axşamı, 09 May

Ürək və təzyiq xəstələrinə CİDDİ XƏBƏRDARLIQ - Yay aylarında...

image

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib.

Xəbər verilir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib.

Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi xəbərdarlıq edib:

"İstilik ilə tərləmə artacağı üçün əlavə maye itkisi baş verəcək. Bu müddət ərzində dərmanları yeniləməli və dərman dozalarını azaltmalıyıq. Qışda verdiyimiz müalicə ilə yayda etdiyimiz müalicə arasında fərqlər var. Qışda müayinəyə gələn pasiyentlərimiz yayda da gəlməlidir. Müayinəyə gəlməsələr, üstəlik, bədəndə maye çatışmazlığı yaransa, yorğunluq, ayağa qalxarkən başgicəllənmə və böyrək problemləri yarana bilər".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32