Cümə axşamı, 09 May

Dərman qəbul edərkən bunu nəzərə alın - Tövsiyələr

image

Dərmanla birlikdə qəbul edilən qidaların və mayelərin dərmanın gücünə təsir etdiyini və bəzən sağalma prosesini sürətləndirdiyini, bəzən də ləngitdiyini bilirdinizmi?  

Xəbər verilir ki, uzunmüddətli araşdırmalar nəticəsində dərman qəbul etmək üçün istifadə ediləcək ən ideal mayenin su olduğu müəyyən edilib.

Sirop içsəniz belə, ondan sonra mütləq bir stəkan ilıq su içməlisiniz. Çünki qəbul edilən dərmanın təsirli olması üçün mədə və ya bağırsaqda əriyib qana qarışmalıdır. Su onun həllini asanlaşdırır və qanla qarışmasını sürətləndirir.

Dərman qəbul edərkən hansı qida və içkilərdən uzaq durmalısınız?

Ağrı kəsicilər:

Qreypfrut ağrıkəsicilərin təsirini azaldır. Bundan əlavə, ağrıkəsici qəbul etdikdən sonra kola, çay və qəhvə qətiyyən içməməlisiniz. Çünki dərman təsirini itirir, ağrı keçmir. Bu, ürək ritminin pozulmasına da səbəb ola bilər.

Sümük sağlamlığı üçün istifadə edilən dərmanlar:

Həkimlərin sümüklər üçün tövsiyə etdiyi dərmanlarla birlikdə süd içmək olmaz. Üstəlik, dərmanla birlikdə qəbul edildikdə, süd orqanizmdə duzun miqdarını artırır.

Diabet dərmanları:

Qəhvə, çay və kola qan şəkərini azaltmaq üçün qəbul edilən insulinlə birlikdə qəbul edilməməlidir. Çünki bu dərmanlarla kofein qəbul edildikdə qanda şəkərin gözlənilməz sürətlə aşağı enmə ehtimalı yüksəlir.

Ürək dərmanları:

Ürək əməliyyatı keçirənlər və qanın laxtalanmasının qarşısını almaq üçün dərman qəbul edənlər bir müddət xiyar, brokoli, ispanaq kimi yaşıl tərəvəzlərdən uzaq durmalıdır. Çünki bu tərəvəzlərdə bol miqdarda K vitamini var və dərmanın təsirini xeyli azaldır.

Bəs, dərmanları bir-birinə qarışdıraraq içmək olarmı?

Birdən çox dərman istifadə edənlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Dərmanların bir-biri ilə qarışdırılması arzuolunmaz yan təsirlərə səbəb olur. O, təsiriazalda və ya sıfıra endirə bilər. Odur həkimlə məsləhətləşin.

Spirtli içkilərdən də uzaq durmalısınız.

Pendir, şokolad, qırmızı şərab və pivə antidepressantla birlikdə istifadə edildikdə qan təzyiqini artırır.

Pensilin acqarına qəbul edilməlidir. Əgər tetrasiklin yemək zamanı qəbul edilərsə, qidanın tərkibindəki kalsiumla birləşərək öz funksiyasını yerinə yetirmədən bağırsaqlardan xaric olar.

Aspirin yeməkarası qəbul edilməlidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32