Çərşənbə, 03 İyul

Həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurladı 

image

Amerikanın Solt Leyk şəhərində yaşayan 65 yaşlı təqaüdçü Donald Santacrok qəribə bir addım atıb. 

Xəbər verilir ki, təqaüdçü həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurlayıb.

Məlumata görə, həmin şəxs kassaya yaxınlaşaraq nəzakətli şəkildə 1 dollar istəyib.

O, “Xahiş edirəm, məni bağışla, amma bu oğurluqdur. Zəhmət olmasa, mənə 1 dollar verin” sözlərini deyərək kassirə silah çəkib.

Bank işçisi bunun zarafat olduğunu düşünsə də, adamın qəribə tələbinə əməl edib. Santacrok sonra polisə zəng edərək özündən şikayət edib.

Daha sonra hadisə yerinə polis gəlib. Donald polislərə bildirib ki, azadlığa buraxılacağı təqdirdə dəmir barmaqlıqlar arxasında qalana qədər başqa bankı soyacaq. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36