Şənbə, 11 May

Bayden miqrant axınının öhdəsindən necə gələcək? - sorğu

image

Əksər amerikalılar hesab edir ki, ABŞ prezidenti Co Baydenin Meksika ilə sərhəd təhlükəsizliyi siyasəti daha sərt olmalıdır.

Xəbər verilir ki, müvafiq məlumat “Fox News”-un keçirdiyi sorğu nəticəsində əldə edilib.

Əldə edilən məlumata görə, respondentlərin 82%-i ABŞ-Meksika sərhədi ilə bağlı Ağ Ev rəhbərinin seçdiyi vektora qarşı çıxıb. Bildirilir ki, sorğuda iştirak edən Demokrat Partiyası tərəfdarlarının 71%-i prezidentin seçdiyi siyasəti kifayət qədər sərt adlandırıb və əlavə tədbirlərin görülməsini tələb edib. Analitiklərin fikrincə, respondentlərin 57%-i Meksika ilə sərhəddə divarın tikintisinin davam etdirilməsinin zəruri olduğuna inanır.

Sorğu telekanal tərəfindən oktyabrın 6-dan oktyabrın 9-dək aparılıb və 1007 nəfər iştirak edib.

Qeyd edək ki, Meksika ilə sərhəddə hündür divar hörülməsi ideyası eks-prezident Donald Trampa məxsusdur və amerikalıların çoxu bu təşəbbüsü dəstəkləyirdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44