Şənbə, 11 May

Türkiyə ilə sərhədin açılmasına ümid edirik - Baş nazir

image

Rəsmi İrəvan ümid edir ki, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına dair razılaşmalar yaxın vaxtlarda həyata keçiriləcək.

Xəbər verilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşləri nəticəsində əldə edilmiş razılaşmaları həyata keçirəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, indiki mərhələdə Ermənistanla Türkiyə arasında sərhəd üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalı olacaq.

O, həmçinin qeyd edib ki, siyasi razılaşmalarla yanaşı, mühüm infrastruktur işləri də həyata keçirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44