Cümə, 10 May

Deputat pensiyası alan müxalifətçilər - SİYAHI 

image

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir. 

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Digərlərinin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı olmayıblar. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 63,5-dir.

Xəbər verilir ki, deputat pensiyası alan müxalifətçiləri araşdırıb.

- Cəmil Həsənli – 71 yaşlı tarixçi alim 2000 və 2005-ci il seçkilərində deputat seçilib.

- Nəsib Nəsibli – 1956-cı ildə anadan olub, 2005-ci ildə Müsavat partiyasından deputat seçilib, 2014-cü ildə partiyadan istefa verib.

- Pənah Hüseyn – 66 yaşında olan sabiq baş nazir həm də Azərbaycan Xalq Partiyasının sədridir. O, III çağırış Milli Məclisin deputatı olub.

- İltizam Əkbərli – İmişli rayonunun keçmiş icra başçısı olan siyasətçi 2005-ci ildə Müsavat Partiyasından deputat seçilib. 1957-ci il təvəllüdlü İltizam Əkbərli 2015-ci ildə Müsavat partiyasının sıralalarını tərk edib.

- İlyas İsmayılov – Ədalət Partiyasının sədri 1938-ci ildə anadan olub, 2005-ci və 2010-cu illərdə deputat seçilib.

- Mirmahmud Mirəlioğlu – KXCP sədri II çağırış Milli Məclisin deputatı olub. O, indi 67 yaşındadır.

- Şirzad Əyyubov – Keçmiş müsavatçı I və II çağırış Milli Məclisin deputatı olub. 2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov deputat mandatını qəbul elədiyinə görə partiya sıralarından xaric edilib.

- Etibar Məmmədov – 1955-ci ildə anadan olan siyasətçi AMİP-in sıralarından I çağırışda deputat seçilib.

- Əli İnsanov - Sabiq səhiyyə naziri 1995-ci ildə I çağırış Milli Məclisə deputat seçilib. O, həmin vaxt hakim Yeni Azərbaycan Partiyasının deputatı olsa da, bu gün müxalifətdə təmsil olunan Haqq Ədalət Partiyasına sədrlik edir. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32