Cümə, 10 May

Netanyahu İsrail kəşfiyyatına bütün HƏMAS liderlərini öldürməyi tapşırıb

image

İsrailin Baş naziri Benyamin Netanyahu iki həftə əvvəl İsrail kəşfiyyat xidmətlərinə radikal HƏMAS təşkilatının bütün siyasi və hərbi liderlərini “ovlamağı və öldürməyi” əmr edib.

Məlumata görə, bu barədə jurnalist, Pulitser mükafatı laureatı Seymur Herş öz bloqunda mənbələrə istinadən məlumat verib.

“Yaxşı məlumatlı bir israilli mənə dedi ki, iki həftə əvvəl Netanyahu İsrailin xarici kəşfiyyatına və ümumi təhlükəsizlik xidmətlərinə “Yaxın Şərqdə HƏMAS-ın bütün siyasi və hərbi liderlərini ovlamaq və öldürmək” göstərişini verib”, - Herş bildirib.

Jurnalistin danışdığı israilli mənbənin sözlərinə görə, İsrail “Həmasın siyasi və hərbi liderlərinin ailələrini, arvadlarını, uşaqlarını, qardaşlarını, bacılarını, valideynlərini amansızcasına təqib edir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32