Cümə, 10 May

İstanbulda çörək bahalaşdı

image

İstanbulda çörəyin yeni qiymət bahalaşıb.

Xəbər verilir ki, İstanbul Ticarət Palatasına (İTO) bağlı çörəkbişirmə sexlərində qiymətlər dəyişib.

İTO-nun noyabr ayı şura iclasında Maksimum Çörək Qiyməti Tarifinə əsasən, 200 qram çörəyin qiyməti 8 lirə olub.

Məlumata görə, İTO-nun noyabr ayı şura iclasında İstanbulda İTO-ya üzv olan çörəkbişirmə müəssisələrinin çörək qiymət tariflərinin müəyyən edilməsi üçün səsvermə keçirilib.

Səsvermə nəticəsində Maksimum Çörək Qiyməti Tarifi belə hazırlanmışdır: "İstanbulda 1 kiloqram çörəyin qiyməti maksimum 40 lirəni keçməmək şərti ilə 200 qram çörəyə 8 TL olacaq", və bu qəbul edilib.

Belə ki, 1 kiloqram çörəyin qiyməti 23 faiz artıb.

Həmçinin qeyd olunub ki, əvvəlki artım Avqust ayında müşahidə olunmuşdu.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25