Bazar ertəsi, 06 May

Bakıdakı velosiped yolu ilə bağlı - Rəsmi açıqlama

image

Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. 

Xəbər verilir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini əhatə edəcək: “Bu hissələr İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisidir. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Artıq müvafiq nişanlanma işlərinə başlanılıb.

Növbəti mərhələdə yol  nişanları, eyni zamanda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq. AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edir”.

 


 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58