Cümə axşamı, 09 May

“Almaniya İsrailin fələstinlilərə qarşı soyqırım etdiyini düşünmür”

image

“İsrailin Qəzzada törətdiklərini soyqırım hesab etmək olmaz”.

Xəbər verilir ki, bu sözləri Almaniya xarici işlər nazirinin sözçüsü Sebastyan Fişer deyib.

Bildirib ki, Almaniya Qəzza zolağında hərbi əməliyyatlar zamanı İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini düşünmür.

Cənubi Afrika Respublikası, İsrailin Qəzzada törətdiyi soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair 1948-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasını pozması səbəbiylə Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) iddia qaldırıb və məhkəmədən müvafiq tədbirlər görülməsini istəyib.

Fişer Cənubi Afrika Respublikasının İsrailə qarşı açdığı iddiaya münasibət bildirib.

“Biz düşünürük ki, İsrailin Qəzza zolağında soyqırım törətdiyi iddiası doğru deyil və İsrailin hərəkətləri konvensiyanın əhatə dairəsinə daxil deyil”.

Qeyd edək ki, sözügedən iş üzrə ilk məhkəmə iclası 11,12 yanvarda keçiriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32