Cümə, 10 May

Xərçəngə yoluxmaq istəmirsinizsə, bunlara əməl edin...- FOTO

image

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır.

Xəbər verilir ki, bunu onkoloq Nilüfər Avcı deyib.

Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. O, artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb.

Onkoloq qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb.

"Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir.

Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər", - o, vurğulayıb.

Avcının sözlərinə görə, orqanizmin su və mineral ehtiyacları balanslı şəkildə qarşılanmalıdır:

"İnsanın gündəlik su tələbatı 2,5 litrdir. Bunun 1 litrini istehlak etdiyimiz qidalardan aldığımız halda, qalan 1,5 litrini içkilərdən almalıyıq.

Gündə az 4 porsiya meyvə qəbul olunmalı, mövsümi meyvələrə üstünlük verilməlidir. Meyvələr müxtəlif qidaların, yeməklərin tərkibində qəbul olunmalıdır. Gündə bir və ya iki porsiya tərəvəz, azı bir porsiya bişmiş tərəvəz istehlak edilə bilər", - o deyib.


Onkoloqun sözlərinə görə, noxud, paxlalı bitkilər qırmızı ətdən daha çox istehlak edilməlidir. Balıq əti isə həftədə azı bir, mümkünsə hətta iki və ya üç dəfə istehlak olunmalıdır:

"Tərkibində süni dadverici olan bütün içkilərin qəbulunda çəkinmək lazımdır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusən portağal və ispanaq antioksidant təsir göstərən beta-karoten və digər maddələrlə zəngindir".

Aralıq dənizi ölkələrində zeytun yağının daha çox istehlak edildiyini bildirən mütəxəssis polifenol istehlakının xərçəngə tutulma və ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının sayını azaltdığını vurğulayıb:

"Soğan və sarımsaq çox istehlak edilməlidir. Soğan və sarımsaq güclü kanserogenlər olan maddələrin zərərsizləşdirərək bizi xərçəng xəstəliyindən qoruyur. Moruq, çiyələk və qaragilə antikanserogen olan largik turşusu ilə zəngindir. Təbiətdəki bir çox qida mənbələri insanın inkişafı üçün lazımdır".

Onkoloq, "Sağlam yaşamaq üçün sağlam yaşamağı öyrənmək lazımdır. İdmanla məşğul olmalı, zərərli vərdişlərdən, stresdən uzaq durmalı, gündəlik normaya uyğun dincəlməli, müxtəlif hobbilərlə məşğul olmalıyıq. Unutmayaq ki, bizi xərçəng xəstəliyindən qoruya və ya xərçəngimizi sağalda biləcək tək bir qida yoxdur", əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32