Şənbə, 11 May

DİQQƏT! Azərbaycanda bu şəxslərin evinə verilən qaz KƏSİLƏCƏK

image

Yeni qərara əsasən, mətbəxin yeri dəyişən mənzillərə qaz verilməsi dayandırılacaq. Bildiyiniz kimi, yeni tipli “novastroyka”ların bir çoxunda otaq sayının artırılması məqsədilə mətbəx qonaq otağına və ya balkona keçirilir. Bununla da evi daha baha qiymətə satmaq mümkündür. Eyni zamanda bu prosesə ev sahiləri tərəfindən də üstünlük verilir. Lakin yeni qaydalara əsasən, belə mənzillərə artıq qaz verilməyəcək. Səbəb isə bunun qaz təchizatı normalarına zidd olması kimi göstərilir.

Bu proses ev strukturu üçün təhlükəlidirmi? Mətbəxi yaşayış otaqları ilə əvəz olunmuş evlərə qaz verilişinin dayandırılması mənzil bazarının qiymətlərinə necə təsir edəcək?

Bu mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev açıqlamasında danışıb.

“Ümumiyyətlə, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır. Qaz təsərrüfatından istifadə edən bütün şəxslər, həm çoxmənzilli yaşayış binalarında, həm iş yerlərində, həm də qeyri-yaşayış sahələrində, qaz təchizatı olan hər yerdə təhlükəsizlik ön planda olmalıdır. Çünki qazın kimyəvi xassəsinə görə, o yanır, partlayır, düzgün istifadə olunmadıqda dəm qazına səbəb olur. Bu da insanların sağlamlığı üçün təhlükəlidir. Hər bir evdə qaz təsərrüfatı olan yerdə mütləq havalandırma olmalıdır”.

Ekspert bildirib ki, evlərdə yaşayış otaqlarının yerinin dəyişdirilməsi bir sıra təhlükəli problemlərə yol aça bilər.

“Evlərdə bir otağı iki otağa, iki otağı üç otağa və ya başqa cür yerdəyişmə olarsa, bu zaman əksər hallarda mətbəx hissə qapının sağ və yaxud da sol tərəfinə, həmin yerdə, ümumiyyətlə, nə nəfəslik, nə də havlandırma mövcuddur. Burada dördgözlü qaz peçlərinin quraşdırılması ümumiyyətlə səhv hərəkətdir. Bu təhlükəsizlik baxımından olduqca risklidir”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə qeyd edib ki, Azərbaycanda birotaqlı mənzillərin minimum 30 faizində bu hal müşahidə olunur. 

“Belə hala daha çox “xruşşov”, “minsk”, “leninqrad” layihəli binaların birotaqlı mənzillərində və digər yeni tikili binalarda da studiya-mənzil adlanan proyektlər əsasında daha çox təqdim olunur. Bu elə mənzillərdir ki, yaşayış otağının içində mətbəx mövcuddur. Evlərin strukturunda bu tipli dəyişikliklər etmək üçün indiyədək icazələr alınmırdı. İnsanlar bunu kortəbii şəkildə bunu edirdilər. Ola bilər ki, Fövqəladə Hallar Nazirliyinin belə bir təlimatları olsun və yaxud “Azəriqaz”ın belə göstərişləri olsun. Lakin indiyədək qəti və genişmiqyaslı xüsusi xəbərdarlıqlar olunmayıb”.

Ekspert fikirlərinə əlavə edib ki, bu günədək ev satışı elanlarında belə satılan evin təlimatlarında evin bu formada olması, “bir otaqdan iki otağa “pridelka”” və ya “iki otaqdan üç otağa dəyişilmə” formasında öz əksini tapırdı.

“Bu proses insanların yaşayış yerlərinə olan böyük ehtiyacından irəli gəlir. Hesab edirəm ki, bu qərarın tam şəkildə icrası baş tutursa, vətəndaşlar yenidən mətbəxləri əvvəlki yerlərinə qaytarmalı olacaqlar. Çoxmənzilli binalarda qaz olmadan yaşayışın təminatı mümkün deyil. Xüsusilə də, qış aylarında mənzillər kombi sistemi ilə isidildiyinə görə, qaz mütləqdir”.

Ekspert son olaraq qeyd bildirib ki, bu qərar ölkə ərazisində tam aktual olmadığına görə, əmlak bazarı qiymətlərinə də təsiri olmayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44