Bazar ertəsi, 06 May

Husilər İtaliyanı hədələdi

image

Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ölkəyə məxsus gəmilər husilərin hədəfləri arasında olacaq.

Xəbər verilir ki, bu barədə Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın "La Republika" qəzetinə müsahibəsində deyib.

“İtaliya Qəzzada İsrail və fələstinlilər arasında münaqişədə neytral olmalı və hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir. Bu, regionda sülhə nail olmağın yeganə yoludur”, - o bildirib.

Qeyd edək ki, fevralın 2-si İtaliyanın müdafiə naziri husilərin hücumlarından qorunmaq məqsədilə Avropa koalisiya qüvvələrinə qoşulmaq üçün ölkədən bir gəmi və bir neçə döyüşçünün Qırmızı dənizə göndəriləcəyini elan edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58