Cümə, 10 May

Kivinin ən önəmli faydası: 4 gün ərzində...

image

Araşdırma nəticəsində kivi yeməyin yalnız dörd gündə sizi pis əhval-ruhiyyədən çıxara biləcəyini göstərib.

Xəbər verilir ki, kivi yemək bizə C vitamini əlavələrindən daha sürətli və daha uzun müddətli güc verir.

Yeni Zelandiyanın Otaqo Universitetindən bir araşdırma qrupu, C vitamini səviyyəsi aşağı olan 155 yetişkin insanın səkkiz həftə ərzində pəhriz saxlamasını təşkil edib.

İştirakçılar gündə C vitamini əlavəsi və ya iki kivi qəbul ediblər.

Daha sonra sorğu anketləri vasitəsilə onların canlılığı, əhval-ruhiyyəsi, yuxu keyfiyyəti və fiziki aktivliyi ölçülüb.
"British Journal of Nutrition"da dərc olunan nəticələr kivi meyvəsinin dörd gün ərzində canlılığı və əhval-ruhiyyəni yaxşılaşdırdığını göstərib.

Araşdırmaya görə, kivi istehlakının təsiri və buna görə də C vitamini qəbulunun artması 14-16 gün ətrafında pik həddə çatır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25