Cümə axşamı, 09 May

Həcc ziyarəti ilə bağlı XƏBƏRDARLIQ - 6 aya qədər həbs, 13 min dollar CƏRİMƏ 

image

Səudiyyə Ərəbistanı hakimiyyəti xarici vətəndaşlara və sakinlərə 2024-cü il Həcc ziyarətində qeyri-qanuni iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edib. 

Xəbər verilir ki, bu barədə BƏƏ-nin “Gulf News” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, Həcc icazəsi olmayan şəxslər 2 aydan 6 aya qədər həbs və 50 min rial (13,3 min dollardan çox) məbləğində cərimələnə bilərlər.

"Bununla bağlı saxlanılan əcnəbiləri deportasiya və 10 il ölkəyə giriş qadağası gözləyir", - bəyanatda deyilir.

Bundan əlavə, zəvvarlara “qanunsuz maliyyə yardımı”nda iştiraka görə mümkün cəzalar barədə xəbərdarlıq edilib.

Bu cür pozuntulara görə 7 ilə qədər həbs və 5 milyon Səudiyyə rialına (1,3 milyon dollar) qədər cərimə nəzərdə tutulur. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32