Azərbaycanda DƏHŞƏT: 8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü
Azərbaycanda DƏHŞƏT: 8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü
Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
Gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə uşaq oyun meydançasından (manej) yıxılıb və xəsarət alıb.
Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Aftafa.tv