Çərşənbə axşamı, 02 İyul

Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb

image

Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq - 6 milyard 259 milyon manat təşkil edib.

Xəbər verilir ki, bunun 5 milyard 245,6 milyon manatı (83,8 %) elektron ticarətin payına düşüb.

Qalan məbləğin 1 003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,2 %-ni təşkil edib.

Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 867 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 %, ilin əvvəlinə nisbətən 5,6 %, illik müqayisədə isə 21,2 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 22,1 % artaraq 15,585 milyona, kredit kartlarının sayı isə 15,3 % artaraq 2,282 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,514 milyard manat (illik müqayisədə 35,1 % çox) və 701 milyon manat (37,2 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 1,9 %, POS-terminalların sayı isə 17,7 % artaraq müvafiq olaraq 3 134 ədəd (Bakı üzrə 1 648 ədəd) və 94 719 ədəd (Bakı üzrə 61 136 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33