Peruda yenidən güclü zəlzələ
Peruda yenidən güclü zəlzələ
Peru sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bildirilib ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Xəbər verilir ki, yeraltı təkanların episentri 4400 nəfərin yaşadığı Akari şəhərindən 93 km cənub-şərqdə yerləşib. İtkilər barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün Peruda 7,8 bal gücündə zəlzələ olmuşdu.
Aftafa.tv