Cümə axşamı, 09 May

Bakıda 4 nəfəri gürzə ilanı çalıb

image

İyunun ilk 10 günlüyündə 22 nəfər müxtəlif zəhərlənmə səbəblərilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Xəbər verilir ki, bu barədə Modern.az-a məlumat verən baş toksikoloq Azər Maqsudov deyib ki, onlardan 4 nəfəri gürzə ilanın zəhərlənməsilə daxil olub:

“1-i uşaq, digər 3 nəfəri böyüklər olub. Ölüm hadisəsi qeydə alınmayıb. Ümumilikdə 7 nəfər dərmandan zəhərlənmə diaqnozu ilə müraciət edib. Onlardan da ikisi azyaşlı olub, ölən olmayıb.

2 qadın sirkə turşusu ilə zəhərlənib. Onlardan biri hələ də xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. 9 nəfər allergik reaksiya ilə daxil olub. 4 nəfəri məsləhət alıb, 5 nəfər isə klinikaya yerləşdirilib”.

Toksikoloq deyib ki, COVID-19 əleyhinə peyvənd olunanlardan da müraciət edənlər var:

“Onlar əsasən allergik reaksiya şikayətilə müracət edirlər. Vəziyyəti ağırlaşan olmayıb, sadəcə məsləhət alıb evə yazılıblar.

Narkotik vasitələrlə zəhərlənənlərə gəlincə, həkim bu tip xəstələrin müəssisəyə yerləşdirilmədiyini qeyd edib:

“Onları adətən təcili yardım gətirir, ambulator şəraitdə məsləhət verilir və evə buraxılırlar. Doza həddinin aşılması ilə bağlı ağır formada bizim xəstəxanaya yerləşdirilənlər yoxdur”. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32