Cümə axşamı, 09 May

AVRO-2020: İspaniyalı hücumçu və ailəsi hədələndi

image

İspaniya millisinin futbolçusu Alvaro Morata və ailəsi Slovakiyanı 5:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının E qrupunun sonuncu tur oyunundan sonra hədə-qorxu ilə üzləşib.

Verilən məlumata görə, bu barədə 29 yaşlı hücumçu "Cadena Cope" radiosuna açıqlama verib.

Yığmaya İtaliya "Yuventus"undan çağırılmış forvard həmin qarşılaşmada penaltini boşa verib və bir neçə qol epizodunu qaçırıb. Oyundan sonra Sevilyadakı stadionda azarkeşlər Moratanı təhqir ediblər.

Futbolçu ailəsi ilə birlikdə sosial şəbəkələrdə çoxsaylı təhdidlər aldığını söyləyib: "İnsanlar övladlarıma ölüm arzuladılar. İstəyirəm ki, onlar özlərini mənim yerimə qoysunlar və ailəmə qarşı təhdid almağın nə olduğunu düşünsünlər. Çətindir. Başa düşürəm ki, məni qaçırdığım qol şansları üçün fitə basıblar. Ancaq etirazın limiti olmalıdır".

Qeyd edək ki, İspaniya 1/8 final mərhələsində Xorvatiya ilə üz-üzə gələcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32