Çərşənbə, 08 May

Vüqar Səfərlinin dəstə üzvləri kimlərdir? - Yeni faktlar

image

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov "Altun" restoranın direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.

Təhminə Yaqubova Vüqar Səfərlinin yanında mühasib kimi çalışıb.

Daha sonra təqsirləndirilən Şahin İbrahimovun vəkilinin prosesdə iştirak etmədiyi məlum olub.

Hakim deyib ki, təqsirləndirilən şəxsin vəkilinin iştirakı olmadan hazırlıq iclasını başa çatdırmaq mümkün deyil.

Hakim növbəti iclasın iyulun 30-da keçiriləcəyini açıqlayıb. (teleqraf.com)

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32