Çərşənbə, 03 İyul

Müharibə yenidən başlayacaqmı? – Politoloqdan açıqlama

image

“Zəngəzur dəhlizinin açılması və 10 noyabr bəyanatının 4- cü bəndinin icrası ilə bağlı irəliləyiş yoxdur. Proseslərin gedişi onu göstərir ki, müharibə yenidən başlaya bilər”.

Bu sözləri məsələ ilə bağlı açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, bildirib ki, müharibəyə hər zaman peşəkar şəkildə hazır olmalıyıq:

"10 noyabr bəyanatının 4-cü bəndi icra olunmur. Rus sülhməramlıları “sülhməramlı” missiyasını yerinə yetirmir. Erməni birləşmələri Qarabağdan çıxarılmır. Deyə bilərəm ki, Qarabağda bir daha müharibə olacaq. Lakin dəqiq vaxtını deyə bilmirəm. Belə ki, atəşkəs də pozulacaq, itkilərimiz də olacaq, soyuqqanlılıqla növbəti səfəri gözləyəcəyik. Bu məqsədlə orduda yeni islahatlarla bağlı gözləntilər də mövcuddur. Qeyri- peşəkar zabitlər ordu sıralarından çıxarılmalıdır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37