Cümə axşamı, 09 May

Məşhur aparıcı hədələndi: “Harada olursunuzsa olun, sizi tapacağam”

image

Meksikanın “Milenio” telekanalının aparıcısı Azukena Uresti ölümlə hədələnib.

Xəbər verilir ki, sosial şəbəkələrdə yayılan videoda aparıcını hədələyən şəxsin narkotik və kriminal kartellərin ən təhlükəlisi sayılan “Yalisko”nun lideri Nemesiy Osequera Servantes olduğunu iddia edilib.

O, ölkənin ən məşhur aparıcısını öldürəcəyini bildirib:

“Yalisko” kartelinin lideri olaraq birbaşa “Milenio” telekanalına səslənirəm. Sizə deyəcəyim bir söz var: balansı qoruyun, bir istiqamətə söykənməyin. Sizə aid olmayan şeylərə qarışmayın. Azukena Uresti, sizi əmin edirəm ki, harada olursunuzsa olun, sizi tapacağam və dediyiniz sözləri sizə “yedirdəcəyəm”. Qadın cinayəti ilə günahlandırılsam belə, məni tanımadığın üçün bunu edəcəyəm”.

Təhdid videosunun yayılmasından sonra açıqlama verməyi üstün tutmayan Uresti canlı yayımda sükutunu pozub. O, gecə bülleteninin ilk xəbərində ölümlə hədələndiyi video haqda danışıb və mətni oxuyub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32